"Lufthansa" aviaşirkəti Frankfurt-Astana marşrutu üzrə DLH-646 reysini yerinə yetirən təyyarəsini ehtiyat hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportuna yönləndirib.
Bu barədə Lent.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib.
Buna səbəb təyinat hava limanında əlverişsiz hava şəraiti olub.
"Airbus A330" təyyarəsi yerli vaxtı ilə saat 20:50-də Bakı hava limanına uğurla eniş edib.