İrkutsk vilayətinin Jeleznoqorsk-İlimski şəhərində fırıldaqçıların aldatdığı qadın intihar edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qadın mənzil alarkən az qala bir milyon rubla qədər (12 min dollardan çıx) aldadılıb. Məlum olub ki, qadın əri ilə birlikdə 960 min rubl kredit götürüb və vasitəçi vasitəsilə mənzil alması üçün sövdələşib və o, pulu götürərək yoxa çıxıb.
Sonra qadının əri dünyasını dəyişib. Qadın baş verənləri unutmağa çalışıb, bunun üçün başqa biri ilə evlənib. O, yeni ərinin qızının ad gününə hazırlaşarkən intihar edib. Bu zaman ad günü içən qızın atası yatıbmış.