Aktyor ad günündə itkin düşdü
05 mart 2024 16:47 (UTC +04:00)

Aktyor ad günündə itkin düşdü

Rusiyanın Moskva şəhərində aktyor İvan Liberov ad günündə, martın 2-də yoxa çıxıb. Bu barədə onun həyat yoldaşı məlumat verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, 46 yaşlı sənətçi Sərçə təpələrindəki kilsədən çıxaraq itkin düşüb.

İlkin məlumata görə, o, telefonla danışaraq Miçurinski prospektinə tərəf gedib.

Martın 5-nə keçən gecə sənətçinin həyat yoldaşı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Onun sözlərinə görə, əri spirtli içkilər qəbul edirmiş.

Qeyd olunur ki, aktyor son vaxtlar Üçlük kilsəsində gözətçi işləyib.

Aktyorun sol yanağında böyük çapıq var.

İvan Liberov gəncliyində “Romanovlar” sənədli filmində II Nikolay obrazını canlandırıb. Həmçinin “Xüsusi qrup” və “Əlvida, doktor Çexov!” filmlərində epizodik rollarda çəkilib.

# 2355
avatar

Oxşar yazılar