Ağstafa sakini Abşeronda bıçaqlandı
27 oktyabr 2022 07:05 (UTC +04:00)

Ağstafa sakini Abşeronda bıçaqlandı

Xırdalan şəhərində yaşlı kişi bıçaqlanıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan şəhər Heydər Əliyev prospektində yerləşən mənzillərin birində baş verib.1959-cu il təvəllüdlü Ağstafa rayon sakini Müzəffər Həmid oğlu Qurbanov oğluna məxsus mənzildən çıxarkən naməlum şəraitdə bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. 
 

# 1314
avatar

Oxşar yazılar