Ağır yük avtomobilləri toqquşdu,  sürücülər xəsarət aldı
14 yanvar 2026 00:33 (UTC +04:00)

Ağır yük avtomobilləri toqquşdu, sürücülər xəsarət aldı

1

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” və “Kamaz” markalı yük avtomobilləri toqquşub.

Qəza zamanı 1975-ci il təvəllüdlü M. İsmayılov və 1975-ci il təvəllüdlü İ. Mirəliyev xəsarət alıb.

Hər iki  şəxs xəstəxanaya yerləşdirilib, onlara yardım edilib və vəziyyətlərinin orta ağır olduğu bildirilir. Xəsarət alan hər iki şəxs sürücülərdir.

Qeyd edək ki, zərbənin təsirindən yük avtomobillərindən biri idarəetməni itirərək yoldan çıxıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 238

Oxşar yazılar