Ağdaşda kişinin cərəyan vuraraq ölməsi faktı ilə bağlı yeni detallar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Xosrov kənd sakini, 1990-cı il təvəllüdlü Tahirov Saleh Əlağa oğlu “Belarus” markalı 03-BA-084 dövlət nömrə nişanlı traktorda qaynaq işləri görən zaman onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.
***
8 avqust, saat 20:34
Ağdaşda bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Xosrov kəndində qeydə alınıb.
Kənd sakini, 1990-cı il təvəllüdlü Tahirov Saleh Əliağa oğlunu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.