Ağdaş sakini evdən 32 minlik  oğurluq etdi
11 aprel 2023 10:40 (UTC +04:00)

Ağdaş sakini evdən 32 minlik oğurluq etdi

0

Bakıda evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, aprelin 7-də Binə qəsəbəsindəki evlərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsi əməkdaşları tərəfindən müvafiq araşdırma aparılıb və evin həyətindəki saxlanc yerindən dəyəri 32 min manatdan çox olan məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluq əməlində şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Elmin Məmmədov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2927

Oxşar yazılar