Ağdamda qəza: ana öldü, bala...  -FOTO
28 oktyabr 2022 21:06 (UTC +04:00)

Ağdamda qəza: ana öldü, bala... -FOTO

Ağdamda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb. 

Natiq Bayramovun idarə etdiyi "Mersedes ML" markalı minik avtomobili yolu keçən iki qadını vurub. Hər iki yaralı xəstəxanaya çatdırılsa da, onlardan biri - 1953-cü il təvəllüdlü Hətəmova Məlahət Aslan qızı həyatını itirib. Ağır bədən xəsarətləri alan 1975-ci il təvəllüdlü Hacıyeva Gülşən Siyasət qızının müalicsəi davam edir. Onların ana və övlad olduğu bildirilir. 

Əraziyə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başladılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3174

Oxşar yazılar