Ağdamda avtomobil piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Quzanlı qəsəbəsində baş verib. Məhərrəmov Xəyal Cahid oğlu idarə etdiyi "Lada Priora" markalı avtomobillə yolu keçən Qurbanova Mehparə Ərşəd qızını vurub. Nəticədə qadın hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb.