Türkiyəyə gələn əcnəbi qadınların cinsi orqanlarından 6 kilodan çox qızıl tapılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbul aeroportunda baş verib.
Qazaxıstanın Şimkənt şəhərindən gələn özbəkistanlı Əzizə, Dilsora və Firuzə adlı qadınlarda yoxlama zamanı yad cisim olması barədə məlumat daxil olub. Onların baqajına baxış keçirilsə də, heç nə tapılmayıb. Lakin “X-ray” aparatı qadınların bel hissəsində naməlum əşya olduğu barədə siqnal verib.
Qadınlar xəstəxanaya aparılıb və həmcins polislərin nəzarəti altında rentgen müayinəsi olunublar. Hər üç qadının cinsi orqanından 120 bükümdə 6 kilodan çox qızıl aşkarlanıb.
Qızıllar aidiyyəti üzrə şöbəyə verilib. Faktla bağlı araşdırma aparılır.