Xırdalan şəhərində iki nəfər arasında dava zamanı 1 nəfər ağır xəsarət alıb.
Lent.az xəbər verir ki, hadisə H.Əliyev küçəsində baş verib.
1984-cü il təvəllüdlü Mirnağı Həsənov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Nurlan Əli