Abşeron rayonunda alzheimer xəstəsi kişi itkin düşüb.
Lent.az-ın məlumatına görə, rayonun Masazır qəsəbə sakini 51 yaşlı Hacıyev Kamal Fehruz oğlu dünən saat 12 radələrində evindən çıxıb və qayıtmayıb.
İtkin düşmüş kimi axtarışa verilən şəxsin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tədbirlər görür.