Sumqayıtda yanacaqdoldurma məntəqəsindən oğurluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazindəki yanacaqdoldurma məntəqələrindən birinin ofisindən 2598 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş H.Nurəliyev saxlanılıb.