Su kanalından meyit tapıldı
03 noyabr 2020 15:25 (UTC +04:00)

Su kanalından meyit tapıldı

Salyan rayonunda su kanalından kişi meyiti tapılıb.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yuxarı Şirvan kanalının Salyan rayonu, Xıdırlı kəndi ərazisindən keçən hissəsində naməlum kişi meyitinin aşkar olunması barədə məlumat  daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən meyit aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 922

Oxşar yazılar