Şirvanda hündürlükdən yıxılan kişi hadisə yerində ölüb.
Lent.az xəbər verir ki, hadisə səhər saatlarında Şirvan şəhərinin mərkəzində, Energetik küçəsində yerləşən binada baş verib. Həmin binada yaşayan 1936-cı il təvəllüdlü Məmmədov Bəymurad Basam oğlu 2-ci mərtəbədən yıxılıb. 86 yaşlı kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Faktla bağlı Şirvan prokurorluğunda araşdırma aparılır.
Əlibəy Zeynallı