40 nəfərə dələduzluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının daxil olan məlumatlar əsasında əməliyyat tədbiri keçirilib.
Nəticəsində müxtəlif vaxtlarda Binəqədi rayonu ərazisində 40 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Füzuli rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Zeynəlabidin Məlikzadə saxlanılıb.
Araşdırma aparılır.