Lerik rayonunun mərkəzində qarın hündürlüyü 40 sm-ə çatıb.
Lent.az-ın xəbərinə görə, Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirib ki, hazırda Lənkəran-Lerik yolu açıqdır.
Qeyd edilib ki, dağ kəndləri ilə əlaqə var. Lerik rayonunun mərkəzinə 40 sm, dağlara isə 50 - 60 sm qar yağıb: “Rayonunun mərkəzində və bəzi kəndlərdə elektrik enerjisi var. 40-a yaxın kəndin elektrik enerjisinin bərpası istiqamətində işlər davam etdirilir".