4 həmkəndlisini  bıçaqlayan şəxs  saxlanıldı
29 sentyabr 2025 00:49 (UTC +04:00)

4 həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı

0

İsmayıllıda həmkəndlilərini bıçaqlayan şübhəli şəxs tutulub.

Lent.az xəbər verir ki, sentyabrın 28-də saat 23 radələrində İsmayıllı rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində insident olub.

Hadisə nəticəsində rayon sakinləri; 2005-ci il təvəllüdlü, 2008-ci il təvəllüdlü, 2007-ci il təvəllüdlü və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli, 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub.

Faktla bağlı araşdırmalar aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar