Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin məlumatına görə, moskvalı anasını öldürərək səkkizinci mərtəbədən özünü atıb.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, oktyabrın 25-də Moskvanın 26 Bakı Komissarı küçəsində yerləşən yaşayış binasının mənzilində zorakılıq nəticəsində ölüm əlamətləri olan 65 yaşlı 00qadın meyiti aşkar edilib.
İstintaq versiyasına görə, qadını öldürdüyü ehtimal edilən şəxs onun oğludur. Cinayətdən sonra o, səkkizinci mərtəbənin pəncərəsindən özünü atıb. Ona ölümündən sonra psixoloji və psixiatrik müayinə təyin olunacaq.