Ələ keçirilən narkotiklər
12 aprel 2023 11:12 (UTC +04:00)

Ələ keçirilən narkotiklər

24 kilo narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

0

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinə cəhd olunub.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, aprelin 11-də saat 20:50-də “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat tədbirləri keçirilib. Nəticədə ümumi çəkisi 24 kiloqram 500 qram narkotik vasitənin və 2890 ədəd Metadon M-40 psixotrop həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1562

Oxşar yazılar