Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Lent.az-ın xəbərinə görə, hadisə Müşküroba kəndində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Əlfəddin Sultanov həmyaşıdı - piyada Dəmirğa Əliosmanovu vurub. O, xəstəxanaya yerləşdirilsə də həkimlərin səyinə baxmayaraq, ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.