Sentyabrın 12-də Göyçayda itkin düşən gəncin meyiti tapılıb.
Lent.az-ın məlumatına görə, rayonun Qaraman kənd sakini 20 yaşlı Mustafayev Fuad Məzahir oğlu evdən çıxaraq bir daha geri qayıtmayıb.
Əldə etdiyimiz məlumata əsasən, Fuad həmin gün Şirvan kanalının Qaraman kəndindən keçən hissəsində, körpüdən özünü ataraq həyatına son qoyub. Onun meyiti bu gün Şirvan kanalının Bığır kəndindən keçən hissəsində tapılıb.
Fuadın həyatına qəsd etməsinin səbəbləri hələlik bilinmir. Onun bu ilin aprel ayında açıq ürək əməliyyatı keçirdiyi qeyd olunur.
İntihar edən Fuad Mustafayev