20 uşağı cinsi istismar edən həbs olundu
14 mart 2024 14:09 (UTC +04:00)

20 uşağı cinsi istismar edən həbs olundu

Rusiyanın Altay diyarında məhkəmə 38 yaşlı Tacikistan Respublikası vətəndaşını yetkinlik yaşına çatmayanlara intim videolar göndərdiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, 14 yaşına çatmayan şəxsə qarşı cinsi təcavüz və yetkinlik yaşına çatmayanlarla pornoqrafik məhsullar hazırlamaq maddələri ilə təqsirli bilinib. Ümumilikdə təqsirləndirilən şəxsin cinayət fəaliyyətinin 32 epizodu sübuta yetirilib. O, cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Məlumata görə, 2019 və 2021-ci illərdə təkcə Altay diyarında deyil, respublikanın digər bölgələrində yaşayan 8-15 yaş arası 20 uşaq Rusiyaya işləmək üçün gələn əcnəbinin əməlindən zərər çəkib. O, sosial şəbəkədə və messencerlərdə qızlarla ünsiyyət qurub, özlərini həmyaşıdı kimi təqdim edib, onlara pornoqrafik foto və videolar göndərib. Sonra kişi uşaqları ona intim fotolar və videolar göndərməyə məcbur edərək, hər şeyi valideynlərinə deyəcəyi ilə hədələyib.

# 2652
avatar

Oxşar yazılar