20 kilodan çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
21 aprel 2023 12:08 (UTC +04:00)

20 kilodan çox narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

0

Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə aprelin 19-u saat 0:25-də  “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib. Narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 20 kiloqram 690 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1775

Oxşar yazılar