20-dən çox evdən  oğurluq edənlər   saxlanıldı -VİDEO
26 aprel 2023 12:00 (UTC +04:00)

20-dən çox evdən oğurluq edənlər saxlanıldı -VİDEO

0

Binəqədi rayon Polis İdarəsinin 43–cü Polis Bölməsinin əməkdaşları Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. 

Binəqədi rayon Polis İdarəsi 43–cü Polis Bölməsinin əməkdaşlarının  keçirdikləri digər əməliyyat zamanı isə yeni tikilməkdə olan evlərdən təmir-tikinti və kombi aparatları oğurlayan əvvəllər məhkum olunmuş Vüsal Zeynalov da saxlanılaraq istintaqa təqdim edilib. Onun saxlanılan müddətə qədər 10 evdən oğurluq etdiyi məlum olub. 

Aşkar edilən faktlarla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi rayon Polis İdarəsinə göndərilib. Bəhruz Əhmədov və Vüsal Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə, Binəqədi rayon Polis İdarəsinə, 43-cü Polis Bölməsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1524

Oxşar yazılar