2 avtomobil toqquşdu, xəsarət alan var -FOTO
02 iyul 2022 01:08 (UTC +04:00)

2 avtomobil toqquşdu, xəsarət alan var -FOTO

0

Bakının Binəqədi rayonunda yol qəzası baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə  Biləcəri qəsəbəsində qeydə alınıb.

Məmməd Səid Ordubadi küçəsində Elnur İslamzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olan zaman qəfil qarşısına piyada çıxıb. O, qəfil manevr edərkən əks yolda olan “Ford” markalı maşınla toqquşub. Qəza nəticəsində “Ford”da olan bir nəfər xəsarət alıb.

Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücülərin izahatı alınıb. Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1625

Oxşar yazılar