Şəmkirdə bıçaqlanma baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qaranüy kəndində qeydə alınıb.
2003-cü il təvəllüdlü Əkbərov Heydər arxa nahiyyəsindən kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Dərhal xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Fakla bağlı araşdırma aparılır.