18 yaşlı qadın bıçaq xəsarəti aldı
11 aprel 2023 08:57 (UTC +04:00)

18 yaşlı qadın bıçaq xəsarəti aldı

Gəncədə qadın çiynindən bıçaq xəsarəti  alıb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Gəncəvi küçəsində qeydə alınıb.

Şəhər sakini - 2005-ci il təvəllüdlü S.Əlizadə çiyin nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadının yarası tikilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə 18 yaşlı gənc qadın  özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil. Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1608
avatar

Oxşar yazılar