15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin  ürəyinə sancdı
04 mart 2024 19:09 (UTC +04:00)

15 yaşlı azərbaycanlı bıçağı 36 yaşlı kişinin ürəyinə sancdı

Azərbaycandan olan gənc miqrant Sankt-Peterburqda tutulub. 

Lent.az-ın xarici mətbuata istinadən xəbərinə görə, o, Nevski rayonunda “Burger King”ə gələn kişiyə bıçaqla hücum edib.

38 yaşlı Murmansk sakini ağır vəziyyətdə xəstəxanaya çatdırılıb - miqrant onun döş qəfəsindən bir neçə bıçaq zərbəsi vurub və ürəyinə də zərbələr endirib.

Şübhəli dərhal qaçıb, lakin uzun müddət gizlənə bilməyib - polis onu elə həmin gün Bolşevikov prospektində tapıb.

Araşdırma zamanı məlum olub ki, yeniyetmə miqrasiya orqanlarında qeydiyyatda deyil. İndi o, təcridxanadadır, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrantla zərərçəkmiş arasında münaqişənin səbəblərini araşdırır.


 

# 3300
avatar

Oxşar yazılar