Türkiyədə 14 yaşlı Fatih Aykut silahla vurulmuş şəkildə ölü tapılıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, şəxsi boş sahədə hərəkətsiz vəziyyətdə polislər görüb.
Hadisə yerinə gələn qruplar, yerdə yatan şəxsin tapança ilə vurularaq öldürüldüyünü təyin edib. Aparılan araşdırmalarla cəsədin 14 yaşlı Fatih Aykut olduğu müəyyənləşib.
Hadisə yerində aparılan araşdırmalardan sonra Aykutun cansız bədəni yarılma üçün Ədliyyə Tibb Təşkilatı meyitxanasına aparılıb. Qətl ehtimalına diqqət çəkən polis qrupları, hadisə ilə əlaqədar geniş diametrli araşdırmağa başlayıb.
Yaxınlıqdakı fabrikdə işləyən Taner Akçay, "Səhər saat 09:30 radələrində arxadan səslər eşitdik. Çıxıb baxdığımızda mərhumun yanında 3 nəfər var idi. Mərhum isə arxası üstə uzanıb. Daha sonra polis və tibb qrupları gəlib. Onları müayinə etdikdən sonra aparıblar. Nə baş verdiyini bilmirik. Uşağı əvvəl öldürüblər, amma bədəni şişib. Eşitdik. Uşağın 14 yaşı var" deyib.