10 yaşlı velosipedçini avtomobil vurub öldürdü
10 iyul 2022 00:26 (UTC +04:00)

10 yaşlı velosipedçini avtomobil vurub öldürdü

0

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Alıkənd kənd sakini, 2012-ci il təvəllüdlü oğlan axşam saatlarında velosipedlə yolu keçərkən Ziyatay Məmmədlinin idarə etdiyi "Toyota Prado" markalı minik avtomobilinin qarşısına çıxıb. 

Sürücü idarəetməni itirərək velosipedçi uşağı vurub. Ağır bədən xəsarətləri alan 10 yaşlı uşaq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılsa da, dünyasını dəyişib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2559

Oxşar yazılar