Hüquq müdafiəçiləri İranda həbs edilən şairlərlə maraqlanırmı? - SORĞU
27 iyul 2012 17:45 (UTC +04:00)

Hüquq müdafiəçiləri İranda həbs edilən şairlərlə maraqlanırmı? - SORĞU

İyulun 26-da Azərbaycanın Təbrizdəki konsulluğunun nümayəndəsinə şairlərlə görüşməyə icazə verilib. Lakin hələ də 2 Azərbaycan vətəndaşının İranda nə üçün saxlanıldığı, onların Azərbaycana nə zaman qayıdacaqları məlum deyil.

Hüquq müdafiəçiləri İranda iki gənc azərbaycanlı şairin həbsi məsələsinə bir qədər susqun görünür. Bu səbəbdən də bəzi hüquq müdafiəçilərinə İranda saxlanılan şairlər Fərid Hüseyn və Şəhriyar Del Geraninin məsələsi ilə bağlı nə iş görüldüyünü soruşduq.

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu Lent.az-a bildirdi ki, məsələ ilə bağlı qrup adından İran prezidenti Mahmud Əhmədinejada məktub göndərilib: “Monitorinq qrupu adından xahiş etmişik ki, iki günahsız gənci həbsdən buraxsınlar. Amma məktubumuza hələ də cavab gəlməyib. Biz həm də bütün beynəlxalq təşkilatlara müraciət etmişik və onları məlumatlandırmışıq”.

Helsinki Vətəndaş Assambleyasının (HVA) Azərbaycan Milli Komitəsinin sədri, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Arzu Abdullayeva da azərbaycanlı şairlərin azad olunması üçün əllərindən gələni etdiklərini dedi: “Biz İranda iki azərbaycanlı şairin yoxa çıxması xəbəri yayılan kimi bir neçə instansiyaya sorğu ilə müraciət etdik. Həmçinin Helsinki Vətəndaş Assambleyasının Yaxın Şərq ölkələri üzrə komitəsinə də məlumat verdik. Həmin komitənin İran üzrə nümayəndəsi bu ölkənin keçmiş prezidenti Əli Əkbər Rəfsəncaninin köməkçisidir. Onlar da öz növbələrində, müxtəlif kanallarla İranda saxlanılanlarla bağlı monitorinq aparacaqlarını bildiriblər. Biz həm də Helsinki Vətəndaş Assambleyasının imkanları daxilində “Freedom House”, “Article 19” kimi beynəlxalq qeyri-hökumət təşkilatlarını məlumatlandırmışıq”.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri, Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun üzvü Səidə Qocamanlı isə beynəlxalq təşkilatların hələ də azərbaycanlı gənclərin İranda qeyri-qanuni şəkildə həbs edilməsinə qarşı səsini çıxarmadığını dedi. S.Qocamanlının sözlərinə görə, beynəlxalq təşkilatlardan yalnız BMT-nin xətti ilə şairlərə kömək etməyə ümid etmək olar: “Biz Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında iştirak etdik, yeni təyin olunmuş komissar, baş katiblə görüşdük. Hər görüşümüzdə də İranda azərbaycanlı gənclərin saxlanması ilə bağlı narahatlığımızı ifadə etdik, çalışırdıq ki, bu məsələni diqqətdə saxlayaq. Həm də monitorinq qrupu adından İran Prezidentinə məktub göndərilib. Təəssüf olsun ki, bizim müraciətimizə hələ də cavab verilməyib. İranda hüquq-müdafiəçilərinin fəaliyyətinə, qeyri-hökumət təşkilatlarına qarşı qadağa var. Bu ölkə ilə əlaqə saxlamaq, ora getmək çox çətindir. Biz əlimizdə olan imkanlardan istifadə edərək çalışırıq ki, öz üzərimizə düşəni edək. Etiraf edirəm ki, çox çətindi. Çünki İran qapalı bir sistemdir, ora nüfuz etmək asan deyil. Məncə biz beynəlxalq təşkilatlardan yalnız BMT-nin xətti ilə həmyerlilərimizə, iki azərbaycanlı gəncə kömək edə bilərik. Bütün təşkilatlar, hüquq müdafiəçiləri BMT-yə saysız-hesabsız müraciətlər etməlidirlər ki, onların diqqətini çəkək. Təəssüf olsun ki, heç bir beynəlxalq təşkilat hələ də səsini çıxarmayıb. Biz yenə də fəaliyyətimizi davam etdiririk. Sadəcə gördüyümüz işi ictimaiyyətə çox çıxarmırıq deyə, bəzi xoşagəlməz söhbətlər yayılır”.

Hüquq müdafiəçisi İlqar İbrahimoğlu da Lent.az-ın “İranda saxlanılan azərbaycanlı şairlərlə bağlı fəaliyyət göstərirsinizmi” sualına cavabında “bəli” cavabını verib. Bu fəaliyyətin nədən ibarət olduğuna gəlincə, İ. İbrahimoğlu bununla bağlı yazılı müraciət etməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21