Qəbələdə yol qəzası, 2 ölü, 8 yaralı
13 iyul 2009 12:30 (UTC +04:00)

Qəbələdə yol qəzası, 2 ölü, 8 yaralı

Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 12-də saat 12.30 radələrində Qəbələ rayonunun Vəndam kəndi ərazisində rayon sakinləri Arif Rzayevin idarə etdiyi "VAZ-210130" markalı və Azad İbrahimovun idarə etdiyi "VAZ-21703" markalı avtomaşınlar toqquşub.

Nəticədə A.Rzayev hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, Qəbələ rayon sakini Zümrüd Rzayeva, Yeganə Rzayeva, Fəxriyyə Rzayeva, Zərdab rayon sakinləri Elvin Quliyev, Seyfulla Quliyev, İsmayıl Rzayev və onun bacısı Zeynəb, habelə A.İbrahimov və onun sərnişini Ram Salamov isə xəstəxanaya yerləşdiriliblər. Z.Rzayeva orada ölüb. Qəbələ RPŞ tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 830

Oxşar yazılar