Azərbaycanının Türkiyədəki səfirliyinin əməkdaşı yol qəzası törətdi
Onun özü ağır yaralanıb, səfirliyə məxsus maşın yararsız vəziyyətə düşüb
Ankarada baş verən yol-nəqliyyat hadisəsində bir nəfər yaralanıb.
Lent.az-ın “samanyolu”na istinadən məlumatına görə, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşı olduğu müəyyənləşdirilən bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən ambulansın qapısı açılıb. Maşın 25-30 metr gedəndən sonra tibb heyəti qapının açıldığının fərqinə varıb və ciddi problem yaranmadan qapı bağlanıb.
Belə ki, Fikrət Özərol idarə etdiyi Azərbaycan səfirliyinə məxsus, T 001-10 AZ maşını yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobil əzilib, sürücü isə onun içində qalıb. Hadisə yerinə gedən xilasedicilər sürücünü maşından çıxarıblar və xəstəxanaya aparmaq üçün ambulansa qoyublar.
Maşın yola çıxandan bir müddət sonra arxa qapısı açılıb və 25-30 metr bu vəziyyətdə gedib. Həkimlər bunu fərq edəndən sonra avtomobil dayandırılıb və qapı bağlanıb. Əgər qapının açıq olduğu hiss edilməsə, yaralı oradan düşə bilərmiş.
Qeyd edək ki, daha əvvəl Türkiyədə buna bənzər hadisə baş verib. Qapısı açılan ambulansdan yola yıxılan xəstənin boynu qırılıb.

806