Salyanda üç yanacaqdoldurma məntəqəsinə silahlı basqın - YENİLƏNİB
07 iyul 2009 19:40 (UTC +04:00)

Salyanda üç yanacaqdoldurma məntəqəsinə silahlı basqın - YENİLƏNİB

Naməlum şəxslər məntəqələrdən xeyli pul aparıblar


Salyan rayonunda üç yanacaqdoldurma məntəqəsinə basqın olub. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə iyulun 6-da gecə saat 03:00 radələrində baş verib.

Cinayəti törədən 3 nəfər naməlum şəxs müxtəlif saatlarda rayonun Dayıkənd kəndindəki “Şükran”, Qızılağac qəsəbəsindəki “LUKoil” və Salyan şəhərindəki “Salyan” yanacaqdoldurma məntəqələrinə silahlı basqın edib. Naməlum şəxslər cinayəti həyata keçirmək üçün “VAZ 2106” markalı avtomobilindən istifadə ediblər. Onlar məntəqələrin işçilərinə zor tətbiq etməklə ümumilikdə 1000 manat aparıblar. “Şükran” yanacaqdoldurma məntəqəsindən 100, “LUKoil”dan 100, “Salyan” yanacaqdoldurma məntəqəsindən isə 800 manat basqınçılar tərəfindən quldurluq yolu ilə ələ keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən fakt təsdiqlənib. Salyan rayon Polis Şöbəsindən isə bildirilib ki, hadisə nəticəsində xəsarət alan və saxlanılan olmayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
# 638

Oxşar yazılar

Naxçıvanda siprtli içki içib  evini yandıran kişi öldü   - YENİLƏNİB

Naxçıvanda siprtli içki içib evini yandıran kişi öldü - YENİLƏNİB

9 may 2024 , 22:56
Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

Sumqayıtda evdən 74 yaşlı qadının meyiti tapıldı

9 may 2024 , 21:27
Bakıda qəza tıxac yartdı

Bakıda qəza tıxac yartdı

9 may 2024 , 20:35
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

9 may 2024 , 17:56
Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00