Çindən gizli kameralı və yaddaş tutumlu qələm gətirən 4 nəfər saxlanılıb
07 iyul 2009 19:00 (UTC +04:00)

Çindən gizli kameralı və yaddaş tutumlu qələm gətirən 4 nəfər saxlanılıb

Azərbaycana Çindən xeyli miqdarda gizli kameralı və yaddaş tutumlu qələmlər, həmçinin gizli qulaqasma və müəyyən siqnalları olan cihazların gətirilməsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Sadıq Gözəlov məlumat verib. S. Gözəlovun sözlərinə görə, bu ilin mart-aprel aylarında əksəriyyəti Azərbaycan vətəndaşı olan 83 şəxsdən xeyli miqdarda gizli kameralı və yaddaş tutumlu qələmlər, həmçinin gizli qulaqasma və müəyyən siqnalları olan cihazlar götürülüb. Nazirlik sözçüsü deyib ki, bütün bunlar Çindən Azərbaycana gətirilərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən aşkar olunub. Bütün bu texniki vasitələrin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulduğunu bildirən S. Gözəlov deyib ki, həmin cihazlar qanuniliyinin yoxlanması üçün Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.

Müəyyən olunub ki, “Mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan prezidentinin 12 sentyabr 2005-ci il tarixli fərmanının tələblərinə müvafiq olaraq, vətəndaşlara gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələrin dövriyyəsinə xüsusi icazə verilməyib. Götürülmüş əşyalar gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələr olmaqla, onların ölkəyə gətirilməsi, “Mülki dövriyyədə olmasına yol verilməyən, yəni mülki dövriyyədən çıxarılmış əşyaların siyahısı haqqında” qanunla qadağandır.

S. Gözəlov deyib ki, bununla əlaqədar, mayın 25-də Respublika Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 233-1.1-ci (qanunla mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaları qanunsuz olaraq hazırlama, əldə etmə, saxlama, daşıma, gəzdirmə, başqasına vermə və ya satma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinə həvalə edilib. İyun ayının 2-dən bu cinayət işi həmin şöbənin icraatına götürülüb:


“Bununla bağlı heç də bəzi mətbuat orqanlarında qeyd olunduğu kimi, 100 nəfərin yox, 4 nəfərin barəsində həbs-qətimkan tədbiri seçilib. Onlardan biri Bakı şəhər sakini Hacıyev Anar Ulduz oğlundan 30 ədəd gizli kamerası və yaddaş tutumu olan qələmlər, 59 ədəd gizli qulaqasma cihazları aşkar olunaraq müsadirə edilib. 1979-cu ildə Gürcüstanda anadan olmuş Vasif Nəbiyevdən isə 30 ədəd gizli kamerası və yaddaş tutumu olan qələmlər götürülüb. 1981-ci ildə Bakı şəhərində anadan olmuş Azər Cabbarovdan 102 ədəd gizli kamerası və yaddaş tutumu olan qələmlər, dörd kamera aşkar edən, beş siqnalları boğan cihazlar müsadirə olunub. 1983-cü ildə Gəncə şəhərində anadan olmuş, “British Amerikan Tobacco” şirkətində menecer işləyən, Bakıda yaşayan Emil Məmmədovdan isə səkkiz ədəd gizli qulaqasma cihazı götürülüb. Bu məsələ ilə bağlı 2 nəfər barəsində başqa yerə getməmək barədə intizam-qətimkan tədbiri seçilib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10