Rusiyada ermənilər azərbaycanlıları oğurlamaq istəyiblər
Basqınçılar azərbaycanlıların 50 min rublunu götürərək qaçıblar
Rusiyanın Nijnı Novqorod şəhərində bir qrup erməni azərbaycanlıları oğurlamağa cəhd edib.
APA-nın “Privoljye” agentliyinə istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarından bildiriblər ki, şəhərin Avtozavodsk rayonunun Plotnikov küçəsində yerləşən binanın girişində 5 erməni 2 azərbaycanlını tapançaya bənzər əşya ilə qorxudaraq onları zorla avtomobilə oturtmağa cəhd göstərib.
Lakin azərbaycanlılar hay-küy saldıqdan sonra basqınçılar onların içərisində 50 min rubl olan çantasını əllərindən alaraq hadisə yerindən qaçıblar. Faktla bağlı araşdırma aparılır.

904