Göyçayda yol qəzası, 1 ölü, 6 yaralı
Azərbaycanın Göyçay rayonunda ölümlə nəticələnən yol qəzası olub.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 9.30 radələrində baş verib. Göyçay-Bərgüşad yolunun 14-cü kilometrliyində Ucar rayonunun Küçəkənd sakini, 1975-ci il təvəllüdlü Salmanov Eldəniz Məlik oğlunun idarə etdiyi 10 KV 426 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşınla, onun həmyerlisi və qohumu, 1981-ci il təvəllüdlü Rəhimov Samir Bahadur oğlunun idarə etdiyi 10 GT 666 dövlət nömrə nişanlı, “VAZ 21 06” markalı avtomobillər toqquşub.
Nəticədə avtomobillərdən birinin sərnişini, 1936-cı il təvəllüdlü Zülfüqarova Maarifə Atakişi qızı dünyasını dəyişib. Sürücülər və avtomobillərdə olan 4 sərnişin - 1980-ci il təvəllüdlü Bilalova Samirə Alim qızı, onun oğlu, 2005-ci il təvəllüdlü Bilalov İsa Mənsur oğlu və şəxsiyyətləri hələlik dəqiqləşməyən 2 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

841