Marketlərdə istifadə müddəti ötmüş ərzaq məhsulları aşkarlanıb – MARKETLƏRİN SİYAHISI
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin iyulun 2-də keçirdiyi növbəti monitorinqlər zamanı istehlakçı hüquqlarının pozulması faktları aşkarlanıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonunda “Lotos” firmasına məxsus topdansatış obyektində, “Nübar market”də, “Neptun-S” MMC-yə məxsus “Neptun market”də, Nizami rayonunda fiziki şəxs Elşən İsrafilova məxsus “Neptun” ticarət mərkəzində ümumi çəkisi 200 kiloqrama yaxın istifadə müddəti ötmüş ərzaq məhsulları - kolbasa və qənnadı məmulatları, süd və süd məhsulları, sərinləşdirici içkilər, uşaq qidaları, quru çaylar və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Monitorinqlər zamanı Xətai rayonunda yerləşən “Kolizey” şadlıq sarayında 3 litrlik şüşə qablarda 35 ədəd istifadə müddəti ötmüş konservləşdirilmiş tərəvəz məhsulları, sertifikatlaşdırılmamış 168 ədəd mineral su və 432 ədəd meyvə şirəsi aşkar olunmuş və istifadədən çıxarılıb.
Nərimanov rayonunda fəaliyyət göstərən “Nurgün Group” MMC-yə məxsus “Ailə supermarket”də aparılmış yoxlama zamanı istifadə müddəti ötmüş və mənşəyi məlum olmayan mallar aşkar edilməyib.
Qanunvericiliyin tələbini pozmuş 2 hüquqi və 3 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib olunub. Bu şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq ediləcək.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

905