Fərda Əsədov Bakı metrosunu partlatmaq istəyirmiş
03 iyul 2009 12:00 (UTC +04:00)

Fərda Əsədov Bakı metrosunu partlatmaq istəyirmiş

“Azərbaycan Dövlət Neft Akademiyasına silahlı basqın etmiş Fərda Əsədovun törədiyi cinayət hadisənin izi Bakı metrosunun kameralarından tapılıb. Bu adamın neçə dəfə metroya girib, nəyə cəhd etdiyi kameralarda əksini tapıb”.

Lent.az-ın məlumatına görə, bu barədə Bakı Metropolitenin rəisi Tağı Əhmədov bildirib. O bildirib ki, Fərda Əsədov həmin hadisədən əvvəlki iki gün ərzində metrodan istifadə etməyib. Tağı Əhmədovun sözlərinə görə, hadisədən sonra cinayətkarın cibindən metro kartı vasitəsilə onun hansı stansiyaya və çıxdığı məlum olub. Lakin metropoliten rəisi həmin stansiyaların adlarını açıqlamayıb.

Tağı Əhmədov qeyd edib ki, metroda kameralar uzun müddət arxivləşdirilir və saxlanılır. Bu isə metroda baş verə biləcək hadisələrin kim tərəfindən və necə törədildiyini müəyyənləşdirmək üçün çox ciddi vasitədir. O, Fərda Əsədovun törətdiyi silahlı basqının təkcə ADNA deyil, metroda planlaşdırıldığını istisna etməyib.

“Yəni terror hadisəsi metroda da törədilə bilərdi. Çünki metroda əhalinin sayı daha çoxdur. Ona görə də cinayətkar metrodan bir neçə dəfə istifadə edib, görüb ki, bu iş metroda alınmayacaq. İstər metroda polisin ayıq-sayıqlığı, istər kameraların olması üzündən o planlarını başqa səmtə yönəldib” – deyə, Tağı Əhmədov bildirib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1145

Oxşar yazılar