Narkobaron azərbaycanlı arvadının falına inandı, tutuldu
Falda yolu açıq görünsə də, o, polisdən yayına bilmədi
Türkiyənin Şanlıurfa, Hatay, Van və Qaziantep vilayətlərində narkotik ticarəti ilə məşğul olan 3 dəstəni zərərsizləşdirmək üçün əməliyyat keçirilir.
Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 6 aydır, davam edən əməliyyata Ankara polisi rəhbərlik edir.
Polisə cinayətkar dəstənin başçısı M.K.-nin Şanlıurfadan Ankaraya narkotik gətirəcəyi barədə məlumat daxil olub. Narkotiki təhvil alan M.K. ilə onun azərbaycanlı xanımı V.K. arasında maraqlı telefon danışığı olub. M.K. kartla fala baxan arvadı V.K.-ya telefonda “bir neçə saat sonra yola çıxacağıq, fala bax, gör, polis bizi izləyirmi?”, - deyə soruşub.
V.K. fala baxandan sonra ərinə zəng edərək “yolunuz açıqdır, tərtəmiz görünür”, - deyib. Falçı arvadının sözlərinə inanan M.K. yola çıxıb və Ankarada polis tərəfindən saxlanılıb. Onun maşınından 12 kq narkotik götürülüb. Polisin eyni zamanda 32 ünvanda kemirdiyi əməliyyat nəticəsində 11-i qadın olmaqla 51 nəfər tutulub. Həmin ünvanlardan 16kq-dan çox narkotik vasitə və silah götürülüb.

Oxşar yazılar

Keçmiş diplomat Ramiz Vəliyevin məhkəməsi başladı
4 iyul 2025 , 18:16
Gəncədə evdə partlayış, yaralanan kişi Bakıya gətirildi - YENİLƏNİB
4 iyul 2025 , 18:15
Şəmkirdə süni göldə 3 nəfər batdı
4 iyul 2025 , 18:08
Astarada ağacdan yıxılan kişi öldü
4 iyul 2025 , 17:46
Bakıda qəbiristanlıqda narkotik satan şaxlanıldı - VİDEO
4 iyul 2025 , 16:59
Ermənistan ordusunun Kəlbəcərin işğalı zamanı mülki əhalini atəşə tutması ilə bağlı ifadələr dinlənilib
4 iyul 2025 , 14:17
Bakıda adam öldürənlər HAKİM QARŞISINDA
4 iyul 2025 , 13:29