Ekspert: «AZAL-ın təyyarəsinin İstanbulda qəzaya uğraması böyük ehtimalla uçuş-enmə zolağı ilə bağlıdır»
««Azərbaycan Hava Yolları» QSC-yə məxsus A-319 sərnişin təyyarəsinin İstanbulun Atatürk Hava Limanında uçuş-enmə zolağından çıxaraq qəzaya uğraması artıq ötən həftənin sonlarından Türkiyə mətbuatında müxtəlif səbəblər göstərilməklə şərh olunmaqdadır. «Azal»ın pilotlarının qeyri-peşəkarlığından tutmuş təyyarənin şinlərinin yararsız olmasınadək müxtəlif səbəblərlə bağlanılan hadisənin əsas səbəbləri yaxın günlərdə müştərək komissiyanın təhqiqatlarının nəticələrində bəlli olacaq. Hazırda tərəflər qəzanın baş verməsində əsas səbəb kimi dönmə zamanı kapitan pilotun sürəti nizamlaya bilməməsini göstərirlər.
Ümumiyyətlə A-319 təyyarəsi Azərbaycanın hava parkında 10 ilə yaxındır istifadə olunur. Azərbaycan bu təyyarələri Fransadan alıb və adıçəkilən hava gəmisi hazırda ən geniş yayılmış mülki təyyarələrdən hesab olunur.
Türkiyə KİV-nin məlumatına görə, Azərbaycan təyyarəsinin qəzaya uğramasında əsas səbəb kimi şinlərin köhnəlməsi və təyyarənin həddən artıq yüklü olması göstərilir. Eyni zamanda uçuş-enmə zolağına eniş zamanı təkərlər gec açıldığından pilot dönmə zamanı sürəti tənzimləyə bilməyib. Nəticədə ön təkərlərin dayaqları əyilib və təyyarənin ön hissəsi torpağa oturub, ön gövdə və mühərriklərə zərbə düşüb.
Azərbaycan Mülki Aviasiya Administrasiyasının adının çəkilməsini istəməyən əməkdaşı isə Lent.az-a açıqlamasında bildirib ki, təyyarənin qəzaya uğramasında pilotun heç bir təqsiri olmayıb. Əksinə pilot maksimum imkanlardan istifadə etməklə hava gəmisini və oradakı sərnişinləri xilas edib. Administrasiya nümayəndəsi deyir ki, Azərbaycan pilotları sırf mülki uçuş təhsili aldıqlarından Türk Hava Yollarında və digər aviaşirkətlərdəki pilotlarından fərqli olaraq daha rahat uçuş və enmə həyata keçirirlər.
««Azərbaycan Hava Yolları» QSC-yə məxsus təyyarənin İstanbulda qəzaya uğraması böyük ehtimalla uçuş-enmə zolağı ilə bağlı olub. O uçuş-enmə zolağı bir az problemli zolaq hesab edilir». Bunu isə Lent.az-a açıqlamasında «Aviapart Havaçılık ve Danışmanlık Hizmetleri» şirkətinin direktoru Tevfiq Uyar bildirib.
Aviasiya eksperti hesab edir ki, bu qəza sadə bir performans səhvi də ola bilər. Belə ki, təyyarə nəzərdə tutulandan çox yüklüdürsə, ya da yerə sürətli yaxınlaşmışsa uçuş-enmə zolağında dayana bilməz. Ümumiyyətlə, bu tip qəzaların belə səbəblərlə bağlı olduğunu deyən ekspertin sözlərinə görə, aparılan təhlillər bəzən dispetçer qülləsinin ölçdüyü külək ilə uçuş-enmə zolağındakı küləyin gerçək sürəti arasında da fərqin olduğunu göstərir. Bu da nəticəsində kapitan pilotun enmə zamanı hesab səhvinə gətirib çıxarır: «Məsələn, təyyarə havada 60 mil sürətlə gedərkən qarşıdan da 40 mil sürətlə küləklə qarşılaşır. Bu zaman sürət ölçən 100 mil göstərilir. Təyyarənin yükündən asılı olaraq zolağa yaxınlaşan zaman sürət fərqi də dəyişir. Məsələn 14 min kq yüklü təyyarənin zolağa yaxınlaşma sürəti 20 min kq yüklü təyyarəninki ilə eyni deyil. Bunlar hesablanmalı və nəzərə alınmalıdır».
«Azal»ın işlədiyi dispetçer şirkətinin təyyarəyə məlumatları necə verməsi barədə məlumatsız olduğunu söyləyən ekspertin sözlərinə görə, pilot ağırlığı, havanın temperaturunu və digər meyarları nəzərə almaqla eniş sürətini nizamlamalıdır.
Ümumilikdə aviasiyada ani səhvlər hər vaxt ola biləcəyini istisna etməyən T.Uyar «Azal»ın pilotlarının hazırlıqsız olması barədə yayılan məlumatları düzgün hesab etmir.
Rəşad

518