“Zərbəli” ləqəbli avtoritet qardaşını öldürdü
05 aprel 2010 13:30 (UTC +04:00)

“Zərbəli” ləqəbli avtoritet qardaşını öldürdü

Abşeronda qətl hadisəsi baş verib. Bu barədə Lent.az-a Abşeron Rayon Polis İdarəsindən məlumat bildirilib. Aprelin 4-də günorta saatlarında 15 ildir, axtarışda olan “Zərbəli” ləqəbli kriminal avtoritet, 1954-cü il təvəllüdlü Tağıyev Əzizağa Rəhman oğlu qardaşı, 1967-ci il təvəllüdlü Tağıyev Əlövsəti bıçaqlayaraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.


İki qardaş arasında baş verən münaqişənin səbəbi kimi Ə.Tağıyevin içkili olması və qardaşına söyüş söyməsi göstərilir. Bundan qəzəblənən Ə.Tağıyev qardaşını bıçaqlayıb.



Polis İdarəsindən onu da bildiriblər ki, “Zərbəli” ləqəbli avtoritet törətdiyi başqa cinayətlərə görə 15 il axtarışda olub. Onun Rusiyada gizləndiyi və 3 gün əvvəl Azərbaycana gəldiyi bildirilib. Ə.Tağıyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Fərid Əkbərov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar

Dişini çəkdirən  gənc oğlan öldü

Dişini çəkdirən gənc oğlan öldü

27 iyul 2024 , 16:38
Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

Ağcabədidə oğurluq edən uşaq saxlanıldı

27 iyul 2024 , 15:38
Qubada DƏHŞƏT:  ata oğlunun asılmış meyitini tapdı

Qubada DƏHŞƏT: ata oğlunun asılmış meyitini tapdı

27 iyul 2024 , 14:55
Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

Bakı və Sumqayıtda dələduzluq edənlər tutuldu

27 iyul 2024 , 14:12
Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

Tofiq Yaqublunun nədə ittiham olunduğu BİLİNDİ

27 iyul 2024 , 13:26
Bakıda skuter  evin qabağından oğurlandı

Bakıda skuter evin qabağından oğurlandı

27 iyul 2024 , 13:09
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

27 iyul 2024 , 12:53
Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

Bakıda qocaları aldadıb külli miqdarda dələduzluq etdi - VİDEO

27 iyul 2024 , 12:28