Bakı sakininə 3300 manat pul atmış qadın tutulub
Bakıda dələduzluqla məşğul olan qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avqustun 28-də Ramanı qəsəbəsi II sahədə Nəzakət adlı şəxs qəsəbə sakini Mehriban Rüstəmovanın etimadını qazanaraq ondan 3300 manat alıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən, Bakı şəhər sakini Nəzakət Məhərrəmova noyabrın 7-də tutulub.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Fakt üzrə araşdırmalar davam etdirilir.
1300