“Zaman mövcud olmaya bilər...” – Fiziklərdən ŞOK İDDİA 
20 aprel 2022 19:29 (UTC +04:00)

“Zaman mövcud olmaya bilər...” – Fiziklərdən ŞOK İDDİA 

Tədqiqatçılar iddia edir ki, kvant mexanikasını və nisbi nəzəriyyəni birləşdirən yeni düsturlarda zamanın yeri yoxdur.

Lent.az “SciTechDaily” nəşrinə istinadən xəbər verir ki, fiziklər zamanın ümumiyyətlə mövcud olmaya biləcəyinə inanırlar.

Avstraliya Katolik Universitetinin fiziki, "Zamandan kənar" kitabının müəllifi Sem Baronun fikrincə fizika böhran içindədir:

“Keçən əsrdə biz kainatı iki son dərəcə uğurlu nəzəriyyədən istifadə edərək izah edirdik: ümumi nisbilik və kvant mexanikası. Kvant mexanikası hissəciklərin və onların qarşılıqlı təsirlərinin inanılmaz dərəcədə kiçik dünyasında işləməyi uğurla əsaslandırır. Eyni zamanda ümumi nisbilik nəzəriyyəsi cazibə qüvvəsinin ümumi mənzərəsini və cisimlərin hərəkətini təsvir edir. Bu nəzəriyyələr əsasən bir-biri ilə ziddiyyət təşkil edir. Buna görə də elm adamları hesab edirlər ki, onları bir ümumi ilə əvəz etmək lazımdır.
Biz xüsusilə, cazibə qüvvəsinin ən kiçik miqyasda necə işlədiyini izah etməli olan “kvant cazibəsi” nəzəriyyəsindən danışırıq”.


Mütəxəssislər bildirir ki, yeni kvant cazibə nəzəriyyəsi yaratmaq olduqca çətin məsələdir: 

“Belə cəhdlərdən biri də sim nəzəriyyəsi idi. Hissəciklər 11 ölçüdə titrəyən simlərlə əvəz edildi. Bununla belə, sim nəzəriyyəsi bəzi çətinliklərlə üzləşdi. Nəzəriyyə bizimkinə bənzər bir kainatı təsvir edir. Lakin eksperimentlər zamanı sınaqdan keçirilə biləcək heç bir aydın proqnoz vermir. Beləliklə, irəli sürülən nəzəriyyə nə təsdiq, nə də təkzib edilə bilməz”.

Müəllif qeyd edir ki, bir sıra digər yanaşmalar da vaxtı, zamanı reallığın əsas aspekti kimi aradan qaldırır: 

“Fizikada nəzəri olaraq stol, stul və hətta insanlar belə yoxdur, lakin biz hələ də bilirik ki, bütün bunlar mövcuddur. Biz çox yaxşı bilirik ki, yuxarıda deyilənlərin hamısı əsas hissəciklərdən ibarətdir, lakin zamanın nədən "ibarət" ola biləcəyi barədə heç bir fikrimiz yoxdur... Bununla belə, nəzəriyyələr səbəb əlaqəsini toxunulmaz qoyur. Yəni fizika deyir ki, bizim kainatımızın əsas xüsusiyyəti zaman deyil, səbəbiyyətdir.

Biz hesab edirik ki, zamanın mövcud olmaması kəşfi həyatımıza böyük təsir göstərməsə də, fizikanı yeni dövrə apara bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2338

Oxşar yazılar

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

Tramp məzuniyyətdən imtina etdi - Şok səbəb

20 avqust 2025 , 05:50
Avtomobillərdə videoregistrator  və GPS  məcburi olacaq

Avtomobillərdə videoregistrator  və GPS məcburi olacaq

20 avqust 2025 , 04:46
Polis tutuquşu   sayəsində narkoşəbəkəni ələ keçirdi

Polis tutuquşu sayəsində narkoşəbəkəni ələ keçirdi

19 avqust 2025 , 18:54
Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

Həbsdən yayınmaq üçün 4 ilə 3 uşaq doğdu

19 avqust 2025 , 18:10
Avqust ayında ilk qar yağdı  - GÖZLƏNİLMƏZ

Avqust ayında ilk qar yağdı - GÖZLƏNİLMƏZ

19 avqust 2025 , 17:56
Aktrisa  meşədə azaraq öldü

Aktrisa meşədə azaraq öldü

19 avqust 2025 , 17:41
Deputat parlament binasında intihar etdi

Deputat parlament binasında intihar etdi

19 avqust 2025 , 17:27
Gənc qadın 18-ci mərtəbədən  yıxılıb öldü

Gənc qadın 18-ci mərtəbədən yıxılıb öldü

19 avqust 2025 , 14:26