Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı azı 20 nəfərə çatıb.
APA-nın məlumatına görə, bu barədə “Associated Press” rəsmi mənbələrə istinadən xəbər verib.
69 nəfər xəstəxanalara yerləşdirilib. Onlardan bir çoxunun vəziyyəti ağır kimi qiymətləndirilir.
Qeyd edək ki, Yunanıstanda anomal istilər davam edir. Ölkənin bir sıra ərazilərində havanın hərarəti 40 dərəcəyə qədər yüksəlib.
***
Yunanıstanın paytaxtı Afina şəhəri yaxınlığında meşə yanğınları nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə çox sayda canlı qüvvə, həmçinin 3 təyyarə və 2 helikopter cəlb edilib.
Məlumata əsasən, güclü külək yanğının söndürülməsinə ciddi maneə yaradır.
Yunanıstan hökuməti paytaxt ətrafında yerləşən bir sıra ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edib.