Yaponiyanın cənub-qərb bölgəsində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Xirosima prefekturasında tuneldə 10-dan çox avtomobil toqquşub.
Hadisə nəticəsində 2 nəfər ölüb, 20-dən çox insan xəsarət alıb. Yol qəzasından sonra maşınlardan biri alovlanıb. Hazırda yanğının söndürüldüyü bildirilir. Yüksək sürətli tuneldən 70 nəfər təxliyə olunub, avtomobilərin hərəkət tamamilə dayandırılıb. Digər təfsilatlar barədə məlumat verilmir.