Yeniyetmələrlə cinsi əlaqədə olan qadın məhkəməyə verilib
07 iyun 2014 07:21 (UTC +04:00)

Yeniyetmələrlə cinsi əlaqədə olan qadın məhkəməyə verilib

İsrail polisi Kiryat-Qata şəhərinin 38 yaşlı sakini yeniyetmələrlə intim əlaqədə olmaqda şübhəli bilərək, həbs edib.

 

Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, psixiatrın müayinəsindən sonra onun anlaqlı olduğu müəyyən olunub.

 

Polis 14 yaşa çatmayan yeniyetmə oğlanlarla intim əlaqədə olduğu üçün onun mühakiməsini tələb edib.

 

Prokurorluq ittiham sənədini hazırlamağa başlayıb.

 

Mənbə xatırladıb ki, həmin qadın polisə bir neçə yeniyetmə tərəfindən təcavüzə məruz qalması ilə bağlı  müraciət edib. Bundan sonra qadının törətdiyi nalayiq əməlin üstü açılıb.

 

Məlumata əsasən, əvvəlcə qadının QİÇS-ə yoluxmasından şübhələniblər, ancaq yoxlamadan sonra onun bu xəstəliyin virusunun daşıyıcısı olmadığı müəyyənləşib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2420

Oxşar yazılar