Yanukoviç Ukraynanın parçalanmasını istəyir <span style="color:red;">MÜRACİƏT  - <span style="color:red;">YENİLƏNİB
28 mart 2014 14:42 (UTC +04:00)

Yanukoviç Ukraynanın parçalanmasını istəyir MÜRACİƏT - YENİLƏNİB

Viktor Yanukoviç ukraynalıları ölkənin hər bir regionunun statusu barədə referendum keçirməyə çağırıb. Lent.az-ın məlumatına görə, bu barədə Ukraynanın devrilmiş prezidentinin “İTAR-TASS”a məktubunda bildirilir.

 

Yanukoviç müraciətində yazıb: “Sizinlə fikir və qəlbən birgə olan prezident kimi Ukraynanın hər bir sağlam düşüncəli vətəndaşına müraciət edirəm: özlərinə ad qoyanların sizdən istifadə etməsinə imkan verməyin! Ukrayna tərkibində hər bir regionun statusunun müəyyənləşdirilməsi barədə referendum keçirilməsini tələb edin”.

 

Onun fikrincə, fövqəladə seçkilər yox, yalnız ümumukrayna referendumu Ukraynanın siyasi vəziyyətini və ölkənin suverenliyi, ərazi bütövlüyünü əhəmiyyətli dərəcədə sabitləşdirə bilər.

Yanukoviç mayın 25-nə təyin olunan prezident seçkilərindən narazılığını bildirib. O, seçki məntəqələrinin sayından asılı olmayaraq, səsvermənin nəticələrini müəyyənləşdirməyə imkan verən “Prezident seçkiləri haqqında” qanunu da tənqid edib.

 

Qeyd edək ki, Viktor Yanukoviçin martın 28-də Rusiyanın Rostov şəhərində sayca üçüncü mətbuat konfransı keçirəcəyi gözlənilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1611
avatar

Oxşar yazılar