ABŞ “İŞİD”-in avtomobil karvanını məhv etdiyini təsdiqlədi
09 noyabr 2014 06:46 (UTC +04:00)

ABŞ “İŞİD”-in avtomobil karvanını məhv etdiyini təsdiqlədi

ABŞ Hərbi-Hava Qüvvələri ötən gün İraqın Mosul şəhəri yaxınlığında “İŞİD” terror qruplaşmasının rəhbərlərinin  olduğu ehtimal edilən avtomobil karvanını məhv edib. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

 

Məlumata görə, avtomobil karvanına 10 nəqliyyat vasitəsi daxil olub. ABŞ kəşfiyyatının məlumatına görə, avtomobil karvanında olan şəxslər “İŞİD” rəhbərlərinin toplantısında iştirak ediblər.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1361
avatar

Oxşar yazılar